26 C
Baku
Tuesday, May 28, 2024

Türkiyə uçot faiz dərəcəsini 50%-ə qaldırdı – Son 22 ilin ən sərt monetar siyasəti

Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini gözlənilmədən 45%-dən 50%-ə yüksəldib.

Banker.az bunu Mərkəzi Bankın press-relizinə istinadən xəbər verir.

Bu da TCMB-nin 2002-ci ilin aprelindən bu tərəfə apardığı ən sərt monetar siyasətdir.

Qeyd edək ki, 2023-cü ilin mayında uçot faiz dərəcəsi 8.50%-də idi. Yenidən düzənlənən hökumət tənzimləyicinin rəhbərinini dəyişmiş və cari ilin yanvarına qədər faizləri 45%-ə qaldırmışdı.

Fevral üzrə Türkiyədə istehlak qiymətlər indeksi 67.07% təşkil edib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər