21 C
Baku
Şənbə, May 21, 2022

Türkiyədə inflyasiya 20 illik maksimumda – Lirə məzənnəsi təzyiq altında

Türkiyədə istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar ayında 48.69% təşkil edib. Yanvarda aylıq 10.45% və illik isə 93.53%-ə yüksəlib.

Banker.az xəbər verir ki, bu da son 20 ilin maksimumudur.

2005-ci ilin mayında Türkiyədə inflyasiya həddi 52.7% idi.

Ölkədə sonuncu dəfə inflyasiya həddi dekabrda orta illik 36.08% idi. Yanvar üzrə orta illik inflyasiyanın isə 46.68% olacağı proqnoz edilirdi.

Türkiyədə inflyasiya:

313232112

İndi əsas məsələ yenə də Türkiyə Mərkəzi Bankının üzərinə düşür. Çünki milli valyutanın dəyərdən düşməsi və inflyasiyanın cilavlanması üçün faizlərlə bağlı ciddi düşünmək məcburiyyətindədir. 2021-ci ilin sentyabrından sonra atılan addımları – faizləri endirməyi davam edərsə lirənin məzənnəsinin düşməsi üçün ciddi təzyiqlər yaradacaq.

Türkiyə Mərkəzi Bankı 2021-ci ilin son rübündə üç dəfə faiz endirimi qərarına gəldi. Baxmayaraq ki, ölkədə inflyasiya 20% üzərində idi, uçot faiz dərəcəsi 19%-dən 14%-ə qədər endirilmişdi. Hökumət həmin dövrdə “yüksək faiz, yüksək inflyasiya” devizi ilə faizləri endirdilər. Nəticədə, USD/TRY cütlüyü 9 səviyyəsindən 18 səviyyəsinə qədər dəyər itirdi. Sonradan hökumətin lirədə olan depozitlərlə bağlı təklif etditiyi bəzi qərarlar lirənin məzənnəsini bir qədər “sakit limana” çəkdi, məzənnə 13-14 diapazonunda hərəkət etməyə başladı.

Hazırda isə bu xəbərin ardından USD/TRY cütlüyünün məzənnəsi 0.49% artımla 13.5317 səviyyələrinə yüksəlib.

 

Son xəbərlər
Oxşar xəbərlər