32 C
Baku
Sunday, July 14, 2024

Türkiyədə inflyasiya geri dönür

Türkiyədə inflyasiya yenidən artmağa doğru istiqamətlənib.

Banker.az Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir ki, illik inflyasiya 2023-cü ilin iyulunda 47.83% olduğu halda, avqust ayında 58.94%-ə yüksəlib. Bu da 2023-cü ilin yanvarından bu tərəfə ən yüksək göstərici idi.

Reuters-in sorğusuna qatılan iqtisadçılar avqustda 55.9% illik inflyasiya gözləyirdilər.

Aylıq inflyasiya isə iyulda 9.49% olduğu halda, avqustda 9.09%-ə düşüb. Lakin bu gözləniləndən daha çox enişdir. Belə ki, iqtisadçılar aylıq 7% gözləyirdilər.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının yeni rəhbərliyi inflyasiyanı cilovlama yolunda faiz artımlarını may ayından bu tərəfə 8.5%-dən 25.00%-ə qaldırıb. TCMB rəsmləri faizləri növbəti iclaslarda da artıracağına işarə ediblər.

 

Son xəbərlər
Digər xəbərlər