10 C
Baku
Thursday, December 12, 2024

Türkiyə əhalisinin sayı 2050-ci ildə 93 milyona çatacaq

Türkiyə əhalisinin sayının 2050-ci ildə 93 milyon 774 min 618 nəfərə çatacağı gözlənilir.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, demoqrafik statistikadakı mövcud vəziyyətə görə, əhalinin sayı 2030-cu ildə 88 milyon 188 min 211 nəfərə çatacaq.

2050-ci ildən sonra isə Türkiyə əhalisinin sayının yenidən azalacağı gözlənilir. 2100-cü ildə əhalinin sayının 55 milyondan da aşağı olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, hazırda Türkiyə əhalisi 85 milyondan çoxdur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər