9 C
Baku
Friday, December 13, 2024

Türkiyə 2023-cü ilə qədər “nağdsız” olacaq

Son 15 ildə Türkiyə bank sistemi aktiv həcmi nöqteyi-nəzərindən ildə 20% sürətilə inkişaf edib ki, bu da ödəniş bazarının inkişafında əsas amillərdən biri oldu.

Türkiyədə hələ 15 il əvvəl təsərrüfat xərclərinin cəmi 9%-i ödəniş kartları vasitəsilə həyata keçirilirdi. Hazırda bu göstərici 40%-ə çatıb və ekspertlər növbəti artımı proqnozlaşdırır. Ölkənin 2023-cü ildə tam olaraq nağdsız ödənişlərə keçid edəcəyi gözlənilir.

Hazırda ölkə ödəniş kartı və POS-cihazların sayı baxımından nəhəng bazar hesab olunur. Ölkədə 120 milyondan çox debet və 59 milyon kredit kartı, həmçinin 23 milyon POS-cihaz mövcuddur.

Qeyd edək ki, Türkiyə 2006-cı ildə təmassız kredit kartını buraxmış ilk Avropa ölkəsi oldu. 2007-ci ildə isə Fransa və Böyük Britaniyadan sonra, tam olaraq çipli kartlara keçid edən üçüncü Avropa ölkəsi oldu. Dünyada ilk milli rəqəmsal pulqabı – BKM Express 2012-ci ildə Türkiyədə işə salınıb. 2016-cı ildə isə Troy adlı milli ödəniş sistemi yaradıldı. Bütün bu addımlar Türkiyə bank sistemin gələcək inkişafına zəmin yaradır.

Son xəbərlər
Digər xəbərlər