Rəsmi Ankara Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli əməkdaşlıq formatının yaradılacağını istisna etmir.
Trend-in məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hazırda regionda Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-Türkmənistan kimi bir sıra əməkdaşlıq formatlarının olduğunu deyib:
“Bununla belə, Qazaxıstanın bu cür əməkdaşlıq formatına qoşulacağı istisna deyil”.
Nazir qeyd edib ki, belə əməkdaşlıq formatları formal xarakter daşımır: “Bu formatlar çərçivəsində bir çox mühüm layihələr həyata keçirilib”.