14 C
Baku
Sunday, November 24, 2024

Türkiyə-Azərbaycan Universitetində tədrisin hansı dillərdə aparılacağı məlum olub

Türkiyə-Azərbaycan Universitetində tədris ilk mərhələdə ingilis və türk dilində aparılacaq.

Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

O bildirib ki, hazırda Azərbaycan və Türkiyənin bir çox ali təhsil müəssisələri arasında əməkdaşlıq mövcuddur: “Bu layihədə iştirak edəcək universitetlər də reytinqli ali təhsil müəssisələri olacaq”.

Müşavir qeyd edib ki, ilkin mərhələdə Türkiyə-Azərbaycan Universitetində bakalavr pilləsi üzrə tələbə qəbulunun aparılması nəzərdə tutulur.

N.Məmmədli söyləyib ki, tədris prosesi ilə bağlı bütün detallar tam məlum olandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər