6 C
Baku
Saturday, December 14, 2024

Türkiyə Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcək

Türkiyə 2016-ci ilin iyun ayından 89 ölkəyə viza rejimi tətbiq edəcək.

Banker.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. 

Məlumata görə, viza rejimi tətbiq ediləcək dövlətlər arasında Azərbaycanla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Qırığızıstan, Türkmənistan, Rusiya, Tacikistanın da adları var.

Türkiyə KİV-i yazır ki, viza rejiminin tətbiqi Avropa İttifaqının (Aİ)Türkiyə qarşısında qoyduğu tələblərdən biridir. Belə ki, Avropa İttifaqı (Aİ) Türkiyə qarşısında viza siyasətinin onlara uyğun hala gətirilməsi tələbini qoyub. Beləliklə, Aİ Türkiyə üzərindən Avropa  ölkələrinə qeyri-qanuni və vizasız yolla daxil olan miqrantları öz ölkələrinə geri göndərə biləcək.

Ekspetrlər isə bildirir ki, türk vətəndaşları üçün Avropaya vizasız səyahət önəmlidir. Yeni qayda ilə 3-cü ölkələrdən Türkiyəyə gələn turist sayında isə kəskin azalma olacaq.

Qeyd edək ki, hazırda Türkiyəyə 90 gün müddətinə səfər edən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.

Son xəbərlər
Digər xəbərlər