2 C
Baku
Sunday, December 15, 2024

Türkiyə Azərbaycanın Maliyyə Monitorinq Xidməti ilə bağladığı sənədi ratifikasia etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanan sənədi ratifikasiya edib. Bu barədə “Resmi Gazete”-yə istinadən məlumat verir.

Məlumata əsasən, Ərdoğan “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu ratifikasiya edib.

Qeyd edək ki, sözügedən sənəd bu il yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində imzalanıb.

Trend.az

Son xəbərlər
Digər xəbərlər