10 C
Baku
Wednesday, December 11, 2024

Türkiyə Azərbaycanla yükdaşıma tariflərinin endirilməsini müzakirə edir

“Azərbaycanla ticarət həcmimizi artırmağı hədəfləyirik. Məqsədimiz Azərbaycanla Preferensial Ticarət Sazişi imzalamaqdır”

“Anadolu” Agentliyi xəbər verir ki, bunu Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Bu il fevralın 25-də Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasnını İclasında iki ölkə arasındakı ticarət həcmini artıracaq Preferensial Ticarət Sazişinin imzalandığını xatırladan R.Pekcan: “Müqavilənin daxili ratifikasiya prosesinin Azərbaycanda tamamlanmış olduğunu məmuniyyətlə qarşılayırıq. Biz də daxili ratifikasiya prosesini Böyük Millət Məclisi açılar-açılmaz tamamlayacağımıza ümid edirik. Məqsədimiz Azərbaycanla Preferensial Ticarət Sazişi imzalamaqdır”.

Nazirin sözlərinə görə, koronavirus pandemiyası dövründə Türkiyənin Orta Asiya ixracatında İran üzərindən göndərilən daşımaların dayanması Gürcüstan-Azərbaycan- Xəzər marşrutunun əhəmiyyətini daha da artırdı. “Bu xəttin və xüsusən dəmir yollarının ticarətdə daha aktiv istifadə olunmasını arzulayırıq. Bu məqsədlə Azərbaycan höküməti ilə Türkiyə Azərbaycanla yükdaşımalar üzrə tariflərin azaldılması üçün məsləhətləşmələr aparılır”, – deyə R.Pekcan bildirib.

Xatırladaq ki, Azərbaycan “Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” Qanunu 2020-ci ilin mayın 31-də ratifikasiya edib.

Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında mühüm rol oynayacaq. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.

Son xəbərlər
Digər xəbərlər