10 C
Baku
Wednesday, December 11, 2024

Türkiyə bankları ruslara kartların verilməsi prosedurunu çətinləşdirir

Türkiyə bankları qismən səfərbərlik səbəbindən Rusiyanı tərk edən vətəndaşların axınının öhdəsindən gələ bilmir. Müştəri axınını azaltmaq üçün banklar bank kartlarının rəsmiləşdirilməsi ilə bağlı əlavə tələblər irəli sürürlər.

Hal-hazırda İstanbulda yaşayan Rusiya bir vətəndaşının təcrübəsinə görə, o, Türkiyənin böyük banklarından birində hesab açmazdan əvvəl 15-dən çox filiala müraciət etməli olub. Bank hesabı açmaq üçün irəli sürülən tələblər arasında Türkiyədə iş icazəsi də səsləndirilib. Bundan başqa, bəzi bankların işçiləri prinsipial olaraq əcnəbilərə hesab açmadıqlarını bildiriblər. Qeyd olunduğu kimi, banklardan biri əcnəbidən 5 min dollar depozit, digəri isə 2 min lirə dəyərində geri qaytarılmayan komissiya tələb edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Denizbank” ruslar arasında ən çox tələb olunan olub. Kart almaq üçün Rusiyadan olan müştərilər hesaba ayda 10 min lirə depozit qoymalıdırlar. Çoxları bu proseduru asanlaşdırmaq üçün vasitəçilərin xidmətlərindən istifadə edirlər.

Xatırladaq ki, sentyabr ayında Türkiyənin “Is Bankasi” və “DenizBank” Rusiyanın “Mir” ödəniş sisteminin kartlarına xidməti dayandırıb. Bir qədər sonra “Ziraat Bank”, “Vakifbank” və “Halkbank” da eyni addımı atıb. Hal-hazırda Türkiyə və Rusiya arasında alternativ ödəniş sisteminin yaradılması müzakirə olunur.

Son xəbərlər
Digər xəbərlər