Türkiyə Ermənistanın “FlyOne Armenia” aviaşirkətinə uçuş üçün öz hava məkanından istifadəyə icazə verməyib.
Qadağa ilə əlaqədar “FlyOne Armenia” şirkəti İrəvan-Lion və İrəvan-Paris-İrəvan reyslərini iyunun 10-na qədər ləğv edib.
Bununla belə, aviaşirkət İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməyə davam edəcək.