24 C
Baku
Thursday, April 18, 2024

Türkiyə “Facebook”u $282 min məbləğində cərimələyib

Türkiyənin Şəxsi məlumatların müdafiəzi üzrə İdarəsi “Facebook” şəbəkəsini istifadəçilər haqqında məxfiliyi pozduğu üçün 1,6 milyon Türk Lirəsi (282 min dollara yaxın) məbləğində cərimələyib.

Report agentliyi xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, “Facebook” sosial şəbəkəsi 2018-ci ildə 280 mindən çox istifadəçi barədə məlumatı açıqlamaqla məxfiliyi pozub. Bura həmin istifadəçilərin adı, soyadı, doğum tarixi, yaşadıqları yer aiddir. Sosial şəbəkə üçüncü şəxsə bu məlumatları sızdırıb.

Cari ilin mayında idarə “Facebook”u istifadəçinin fotosu ilə bağlı məxfiliyi pozduğu üçün 1,65 milyon Türk lirəsi (270 min dollara yaxın) məbləğində cəriməyləmişdi.  

Son xəbərlər
Digər xəbərlər