Türkiyə gələn il milli 5G şəbəkəsini istifadəyə verməyi planlaşdırır

Türkiyə 2026-cı ildə beşinci nəsil mobil rabitə (5G) xidmətini istifadəyə verməyi nəzərdə tutur.

Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa videomüraciətində bildirib.

“2025-ci ildə milli 5G rabitə şəbəkəsinin yaradılması çərçivəsində tender keçirəcəyik və 2026-cı ildə bu şəbəkənin ilk siqnalını alacağıq,” – deyə Ərdoğan vurğulayıb.

Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu isə daha əvvəl ölkədə 5G şəbəkələrinin sınaqlarına başlandığını açıqlamışdı. Onun sözlərinə görə, İstanbul Beynəlxalq Hava Limanı da daxil olmaqla, 30 təşkilata 5G-dən istifadə üçün icazə verilib.

Hazırda Türkiyədə mobil rabitə istifadəçilərinin sayı 87 milyona yaxındır və onlardan təxminən 81 milyonu 4.5G şəbəkəsindən istifadə edir.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər