Türkiyə Konstitusiya Məhkəməsi Vikipediyanın bloklanmasının ləğv edilməsinə dair qərar qəbul edib.
Banker.az xəbər verir ki, bu haqda NTV və Habertür məlumat verib.
Xatırladaq ki, İnternet-ensiklopediya Türkiyə ərazisində 2017-ci ilin aprelində bloklanıb. Ölkənin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsi bunun “administrativ tədbir” olduğunu bildirmişdir.
NTV əlavə edir ki, Vikipediyanın bloklanmasının əsas səbəbi ensiklopediyada Türkiyənin “Suriyada gedən vətəndaş müharibəsinə müdaxilə etməsi ilə bağlı məqalələrin” dərc edilməsi, o cümlədən “onun terrorizmi dəstəkləyən ölkələr sırasına daxil edilməsi” olmuşdur.