6 C
Baku
Sunday, December 15, 2024

Türkiyə ilin sonuna kimi 42 milyon turist qəbul etməyi planlaşdırır

Türkiyə bu il 42 milyon turist qəbul etməyi planlaşdırır. Belə olacağı təqdirdə turizm gəlirlərinin 35 milyard dolları keçəcəyi gözlənilir.

Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “Habertürk” telekanalına müsahibəsində bildirib.

Nazir 2021-ci ildə Türkiyəyə 30 milyon xarici vətəndaşın səfər etdiyini və turizm gəlirlərinin 24,5 milyard dollar təşkil etdiyini xatırladıb.

Ersoy vurğulayıb ki, hakimiyyət Türkiyəyə istirahətə gələn ölkələrin siyahısını maksimum dərəcədə genişləndirməyə çalışır. Bu məqsədlə hələ 2019-cu ildə Türkiyə Turizmin İnkişafı və Tanıtım Agentliyi yaradılıb və ölkənin turizm imkanlarının populyarlaşdırılması istiqamətində sistemli addımlar atılır.

Nazir qeyd edib ki, son iki ildə Türkiyə turizm potensialının xaricdə təbliğinin effektivliyinə görə ölkələr siyahısına başçılıq edir. Hazırda dünyanın 140 ölkəsinin telekanallarında Türkiyədə bayramlar mövzusunda reklamlar göstərilir.

“Heç bir problem yoxdur. Əminəm ki, biz 2019-cu il pandemiyadan əvvəlki göstəricilərə qayıdacağıq. Qara dənizdəki müharibə ilə əlaqədar cari il üçün proqnozlara müəyyən qədər yenidən baxılmalı olub. Biz alternativ bazarlar vasitəsilə 42 milyon turist və 35 milyard dollar gəlir hədəfinə nail olacağıq”, – deyə nazir bildirib.

Alternativ bazarlar dedikdə, ilk növbədə Qərb ölkələri nəzərdə tutulur.

Türkiyənin mədəniyyət və turizm naziri qeyd edib ki, hökumətin məqsədlərindən biri də ölkənin bütün əyalətlərinə turist cəlb etməkdir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər