-3 C
Baku
Sunday, December 15, 2024

Türkiyə iqtisadiyyatı 5.7 faiz böyüyüb

Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübündə 5.7 faiz artıb.

Bu barədə Türkiyənin Statistika Qurumunun yanvar-mart ayları üzrə hesabatında bildirilib.

Hesabata əsasən, ən çox artım 11.1 faizlə inşaat sektorunda qeydə alınıb. Artım göstərən xidmətlər arasında informasiya və rabitə, peşə, inzibati və köməkçi xidmət, sənaye, kənd təsərrüfatı, dövlət sektorunda idarəetmə kimi sahələr var.

Bu dövr ərzində Türkiyənin mal və xidmət ixrac həcmi 4 faiz artıb, idxal nisbəti isə 3.1 faiz azalıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər