7 C
Baku
Thursday, December 12, 2024

Türkiyə İran neftinin idxalını dayandırıb

Türkiyə may ayından etibarən İran neftinin idxalını dayandırıb və ABŞ-ın İslam Respublikasından neft idxalını dayandırılmasına dair tələbini yerinə yetirməyə davam edəcək.

Banker.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Türkiyənin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat verib.

“Hal-hazırda biz İrandan neft almırıq. Biz bu sanksiyalardan azad olan səkkiz ölkədən biri idik, indi isə biz də onlara riayət etməyə hazırıq”, – deyə vəzifəli şəxs qeyd edir.

Bazar ertəsi “Reuters”, “Refinitiv” gəmi izləmə məlumatlarına istinadən xəbərdarlıq edib ki, İrana yüklənən tankerlər bu ay Türkiyənin limanlarına daxil olmayıblar. Analitiklərin sözlərinə görə, Türkiyə İran neftini İraq, Rusiya və Qazaxıstandan gətirdiyi neft ilə əvəz edir.

Noyabr ayında, İranla beynəlxalq nüvə razılaşmasını tərk etdikdən sonra ABŞ Yaxın Şərq ölkəsinin neft sektoruna təsir edən sanksiyalar tətbiq edib.

Donald Tramp administrasiyası səkkiz ölkəyə xüsusi imtiyazlar verərək, onlara İrandan neft idxal etmək imkanını vermişdir. Bu ölkələrə Hindistan, Çin, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan daxildir.

“Reuters” agentliyi qeyd edir ki, Ankara ABŞ-ın İrana münasibətdə sanksiya siyasəti ilə razılaşmadığını bildirib.

“Biz sanksiyalara inanmırıq, amma strateji tərəfdaş olaraq ABŞ-ın qərarına hörmət edirik. Biz düşünürük ki, təcridçilik siyasəti heç bir nəticə verməyəcək”.

May ayında İran neftinin ixracı gündə 500 min barelə düşüb. Bu barədə agentlik ötən həftə məlumat verib. Neftin əsas hissəsi Asiyaya ixrac olunub.

Son xəbərlər
Digər xəbərlər