5 C
Baku
Saturday, December 14, 2024

Türkiyə İrandan təbii qaz idxalını 70% artırıb

Oktyabr ayında Türkiyənin təbii qaz idxalı ötən ilin eyni ayı ilə müqayisədə 30.4% azalaraq təxminən 3 milyard 238 milyon kubmetr olub.

Enerji Bazarını Tənzimləmə Qurumunun oktyabr ayı üzrə “Təbii Qaz Bazarı Sektoru Hesabatı”na əsasən, idxalın təqribən 2 milyard 381 milyon kubmetri boru kəmərləri, 857 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) qurğuları vasitəsilə həyata keçirilib. Bu dövrdə boru kəmərləri ilə təbii qaz idxalı təxminən 21.2%, LNG idxalı isə 47.5% azalıb.

Oktyabrda ən çox təbii qaz idxalı Rusiyadan edilib – 948 milyon kubmetr. 2-ci sırada 760 milyon kubmetrlə Azərbaycan, 3-cü sırada isə 671 milyon kubmetrlə İrandır. Rusiyadan təbii qaz idxalı 49.1%, Azərbaycandan idxal 0.1% azalıb. İrandan idxal isə 69.9% artıb.

Banker.az bu barədə Mehr Xəbər Agentliyinə istinadən edir.

Son xəbərlər
Digər xəbərlər