Türkiyə Silahlı Qüvvələri üçün İtaliyanın “Leonardo” (keçmiş “Finmeccanica”) hərbi-sənaye konsorsiumundan təlim vertolyotlarının alınmasını dayandırıb.
“La Repubblica” qəzetinin məlumata görə, bu günlərdə “Leonardo” hərbi-sənaye konsorsiumundan 70 milyon avro dəyərində vertolyotların alınmasını nəzərdə tutan sazişin imzalanması planlaşdırılsa da, Türkiyə tərəfi İtaliya Baş naziri Mario Draqinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı qalmaqallı bəyanatı fonunda sazişin imzalanmasını müddətsiz təxirə saldığını bildirib.
Türkiyənin İtaliyadan alacağı “AW169” təlim vertolyotları köhnə “Agusta-Bell 206” vertolyotlarını əvəzləməli idi.
“La Repubblica” diplomatik qalmaqal səbəbindən bir sıra iqtisadi layihələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın təhlükə altında qaldığını yazıb. Ankara rəsmi Romanın üzr istəməsini gözləyir.
Qeyd edək ki, İtaliya Baş naziri Mario Draqi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Ankaraya səfər zamanı alçaq stulda oturması ilə bağlı Türkiyə Prezidentinin ünvanına diplomatik etikadan kənara çıxar ifadə işlədib. Sonradan Ursula fon der Lyayenlə bağlı qalmaqalın səbəbkarının Türkiyə deyil, Avropa İttifaqı daxilində rəhbər şəxslər arasında çəkişmə olduğu üzə çıxıb.