5 C
Baku
Saturday, December 14, 2024

Türkiyə kapitalın hərəkətinə heç bir məhdudiyyət qoymayacaq

Türkiyə sərbəst bazar iqtisadiyyatı normalarından kənara çıxan heç bir qərar verməyəcək.

“Bloomberg” agentliyinə istinadən xəbərə görə, bu barədə Türkiyə baş nazirinin müavini Mehmet Şimşək NTV televiziya kanalında “Türkiyədə kapitalın hərəkətinə məhdudiyyətlər qoyulacağı barədə” iddialara cavab verərkən deyib. O, ölkəsinin qlobal iqtisadiyyatın bir parçası və hər zaman ciddi kapital girişinə ehtiyacı olduğunu bildirib, bunun üçün də qlobal iqtisadi şərtlərə riayət edəcəklərini vurğulayıb.

Türkiyənin kredit reytinqi ilə bağlı fikir səsləndirən baş nazirin müavini Konstitusiya dəyişikliklərinin sabitlik şəraitində baş tutması və islahatların davam etməsi ilə ölkəsinin yenidən “investisiya qoyula biləcək” reytinq səviyyəsinə geri dönəcəyini, lakin bunun bir qədər zamana ehtiyacı olacağını xatırladıb.

M.Şimşək valyuta məzənnəsi ilə bağlı suala cavabında deyib ki, Türkiyə lirəsinin gələcəkdəki hərəkət trendi ölkəyə maliyyə vəsaiti axınına bağlı olacaq.

“Report”un analitik qrupu bildirir ki, Türkiyə baş nazir müavininin müsahibəsi maliyyə bazarlarında 2017-ci ilin bir o qədər də müsbət tendensiya ilə davam etməyəcəyini göstərib. Müsahibədən sonra türk lirəsinin dollarla müqayisədə məzənnəsi 0,25% ucuzlaşaraq 3,52 səviyyəsinə düşüb. Analitik qrup 2017-ci ildə Türkiyədən kapital axınının davam edəcəyini, fond birjasının 20%-dək ucuzlaşacağını, lirənin daha 15% devalvasiya olunacağını ehtimal edir.

Son xəbərlər
Digər xəbərlər