26 C
Baku
Friday, July 5, 2024

Türkiyə koronovirusla bağlı bir sıra məhdudiyyətlər tətbiq edib

Türkiyə koronavirusla bağlı yaranmış gərgin vəziyyəti nəzərə alaraq məhdudiyyətlər t’tiq edib.

Banker.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyədə  yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə boyu, xüsusilə də İstanbulda çox artdığını vurğulayan Prezident deyib ki, restoran, kafe, şadlıq evləri, nikah salonları, bərbərxanalar, konsert  salonları, teatrlar, kinoteatrlar, istirahət mərkəzləri, müalicəvi termal su obyektləri və bu kimi məkanların fəaliyyəti yerli vaxtla saat 22.00-da başa çatacaq.

R.T.Ərdoğan  COVID-19-un yayılma sürətindən asılı olaraq qarşıdakı həftələrdə məktəblərdə  əyani təhsilin dayandırılması məsələsinin də aktual olduğunu  bildirib.

Prezident Türkiyə istehsalı olan yeni növ koronavirus peyvəndinin gələn ilin yaz aylarından tətbiq olunmasının nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 382 118 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 481 nəfər ölüb.

Son xəbərlər
Digər xəbərlər