2 C
Baku
Saturday, December 14, 2024

Türkiyə Mərkəzi Bank yüksək inflyasiya şəraitində qərarını açıqladı

Türkiyə Respublikası Mərkəzi Bankı uçot faiz dərəcəsini sabit saxladı.

Banker.az xəbər verir ki, bu gün Mərkəzi Bankın Pul komitəsi faiz dərəcəsinin parametrləri ilə bağlı iclas keçirib.

Beləliklə, uçot faiz dərəcəsi proqnoz edildiyi kimi 14%-də sabit saxlanılıb. Faiz dərəcəsinin aşağı həddi 12.5%, yuxarı həddi isə 15.5% müəyyən olunub.

Bununla da ikinci dəfədir ki, maliyyə bazarının requlyatoru faizlə bağlı gözləmə mövqeyində dayanır. Proqnoz edilir ki, Mərkəzi Bank öncəki iclaslardakı kimi faizləri endirməkdə “sərbəst” olmayacaq. Səbəb yüksək inflyasiyadır.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı ötən ilin sentyabrından başlayaraq dekabradək uçot faiz dərəcəsini hər ay 100-200 baza bəndi azaldaraq 19%-dən 14%-ə endirib.

Türkiyədə 2022-ci ilin yanvarında 48.69% inflyasiya olmuşdur. Bu da 2002-ci ilin mayından bu tərəfə maksimumdur. İndi Mərkəzi Bankın bu şəraitdə gözləmə mövqeyni tutması milli valyutanın ucuzlaşması üçün dəstəkləyici drayver ola bilər. Hazırda dollar/TL (USD/TRY) 0.14% artaraq 13.6158 səviyyəsinə qalxıb.

TÜRKİYƏDƏ İNFLYASİYA

42234243

Mərkəzi Bank və hökumət bunu çox ağır şəraitdə həyata keçirdi. Belə ki, adətən yüksək inflyasiya şəraitində mərkəzi banklar faizləri yüksəltdiyi halda, Türkiyədə bunun əksini düşündülər. “Yüksək faiz, yüksək inflyasiya” devizi ilə faizləri 5% bəndi azaltdılar.

 

Son xəbərlər
Digər xəbərlər