Türkiyə Mərkəzi Bankı yeni sədr Fatih Karahanın idarə etməsində ilk dəfə uçot faiz dərəcəsinə dair qərar verib.
Banker.az-ın TCMB-dən əldə etdiyi məlumata görə, uçot faiz dərəcəsi gözlənildiyi kimi 45.00% təşkil edib. Bu Reuters-in sorğusuna qatılan iqtisadçıların ortaq proqnozu ilə üst-üstə düşür.
TCMB-yə 2023-cü ilin iyunundan rəhbər təyin edilmişdi və həmin müddətə qədər bankın qeyri-ənənəvi pul siyasətinə son qoyaraq yüksək inflyasiya şəraitində faizləri 8.5%-dən 40%-in üzərinə çıxarıb.
Bununla belə, sərt pul-kredit siyasəti milli valyutanın inflyasiyası və ABŞ dollarına qarşı məzənnəsinin qarşısını ala bilməyib. Dollar/lirə valyuta cütlüyü Uol-Strit kadrı Hafizə Qaye Erkanın dövründə 20.00 səviyyəsinin altında 30.00-ların üzərinə yüksəlib. Ötən gün isə foreksdə dollar/lirə yeni tarixi rekord olan 31.00 səviyyəsini də adlayıb keçdi.
İstehlak qiymətləri indeksi illik müqayisədə yanvar ayında 64.86% olmaqla, iqtisadçıların konsesus 64.52% proqnozunu üstələyib.
Qeyd edək ki, fevralın əvvəli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın sədri Hafizə Qaye Erkanın istefasından sonra onun keçmiş müavini Fatih Karahanı banka rəhbər təyin edib.