BANKER.AZ — Türkiyə Mərkəzi Bankı prezident Rəcəb Tayyib Ərdoğanın ilin sonuna qədər faiz dərəcələrini tək rəqəmli rəqəmlərə çatdırmaq çağırışına pozitiv reaksiya verərək monetar siyasətini bir qədər yumşaltdı.
Cümə axşamı TCMB sədri Şahap Kavçıoğlunun rəhbərlik etdiyi Pul Siyasəti Komitəsi (PSK) proqnozlara uyğun olaraq uçot faiz dərəcəsini (bir həftəlik repo faizi) 10.5%-dən 9%-ə endirdi.
Relizin dərci | Aktual | Proqnoz | Əvvəl |
Noy. 24, 2022 | 9.00% | 9.00% | 10.50% |
Okt. 20, 2022 | 10.50% | 11.00% | 12.00% |
Sent. 22, 2022 (Sep) | 12.00% | 13.00% | 13.00% |
Avq. 18, 2022 | 13.00% | 14.00% | 14.00% |
İyul 21, 2022 | 14.00% | 14.00% | 14.00% |
Qərardan sonra lirə az dəyişdi, Bakı vaxtı ilə 16:08-ə olan məlumata görə, 0.1% ucuzlaşaraq 1 dollar üçün 18.6309 lirə səviyyəsində ticarət edildi.
PSK-nin bəyanatında bildirilir ki, cari siyasət dərəcəsinin adekvat olduğunu və avqust ayında başlayan faiz endirimin dövrünə son qoymaq qərarına gəlinib.
Dünya inflyasiya şoklarına cavab olaraq 40 ildən bu tərəfə ən aqressiv və sinxron pul siyasətinin sərtləşdirilmə apardığı bir dövrdə, Türkiyə bu trenddən uzaq dayanıb. Əsas iqtisadiyyatlardan Yaponiya və Çin xaricində bütün ölkələr monetar siyasəti sərtləşdirib, faizləri yüksəldib.
Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan “yuxarı faiz, yuxarı inflyasiya” sloqanını rəhbər tutaraq ölkədə faizlərlə mübarizəyə başlayıb, dünyada aparılan anti-inflyasiya tədbirinə qarşı müxalif dayanıb.
Ölkədə 85%-lik illik inflyasiya ilə dünyada ən yuxarı göstəricilərdən birinə malik idi. Pul siyasətçiləri avqust ayından etibarən uçot faiz dərəcəsini 350 baza bəndi endirib.
Bloomberg qeyd edir ki, indi Türkiyə liderinin 2018-ci ildən TCMB üzərində daha böyük təsir imkanı var. Prezident hətta illik inflyasiya rəsmi hədəfdən 17 dəfə yüksək və iyirmi il əvvəl hakimiyyətə gəldikdən bəri ən sürətli olsa belə, o geri addım atmayıb.
TCMB qiymət artımının ili təxminən 65% səviyyəsində başa vuracağını proqnoz edir ki, bu da bir çox iqtisadçıların fikrincə daha müsbət bir qiymətləndirmədir.
Lirə son bir ildə ölkədəki inflyasiyaya rəğmən yumşaq pul siyasəti səbəbindən 45.22% dəyər itirib. USD/TRY məzənnəsi son 52 həftə (1 il) ərzində 10.1565-dən 18.7242-ə qədər yüksəlmə yaşayıb. Bütün bunlara rəğmən Türk milli valyutası son iclaslardakı sürpriz faiz endirimlərinə adekvat reaksiya (yəni bu inflyasiya şəraitində ucuzlaşmalı idi) verməyib, əksinə özünə 18.40 və18.60 dəhlizində özünə mövqe seçib.