Türkiyə Mərkəzi Bankının (TCMB) pul komitəsi uçot faiz dərəcəsini gözlənildiyi kimi 50 baza və ya 0.5 faiz bəndi aşağı salıb.
Bu barədə Banker.az TCMB-nin rəsmi səhifəsinə istinadla bildirir.
TCMB bir həftəlik repo əməliyyatlarının faiz dərəcəsini 9.00%-dən 8.50%-ə qədər endirib.
Mərkəzi Bank uçot faiz dərəcəsini sonuncu dəfə bu həddə 2020-ci ilin avqustuna qədər tətbiq edib. Həmin tarixdən 2021-ci ilin sentyabrına qədər 19% üəzinə qaldırmışdı. Lakin ölkə rəhbərinin “yüsək faiz, yüksək inflyasiya” devizi ilə Mərkəzi Bankın Pul komitəsinin faizləri endirməsinə stimul oldu.
Türkiyədə inflyasiya 64.27%-dən 57.68% -ə qədər azalmışdı.
USD/TRY bu xəbərin ardından 0.2%-ə qədər artımla 18.87 səviyyəsinə qədər artıb.