Türkiyə Mərkəzi Bankı bir daha gözlənilmədən uçot faiz dərəcəsini, yaxud bir həftəlik repo dərəcəsini 11%-dən 10.5%-ə salıb.
Banker.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın Pul Komitəsi qərar verib.
Bununla da son üç ayda ard-arda hər iclasda 100 faiz bəndi uçot faiz dərəcəsi endirilib.
Türkiyədə inflyasiyanın 80% üzərində olmasına rəğmən Mərkəzi Bankı yumşaq pul siyasəti yürütməyə hökumətlə birə israrlıdır. Mərkəzi Bank və hökumət düşünür ki, faizlərin yüksək olması inflyasiya üçün tətikləyici amildir.
Adətən ölkələr inflyasiyaya qarşı mübarizədə faiz artımı alətindən istifadə edirlər. Məsələn, hazırda Argentinada inflyasiya 71 üzərinə çıxıb. Mərkəzi Bank milli valyuta pesonun dəyərdən düşməsinə qarşı mübarizə tədbiri olaraq uçot faiz dərəcəsini 60%-ə qaldırıb.
Türkiyə lirəsinin TCMB-nin monetar siyasəti yumşaltmasına kəskin reaksiya verməyib. USD/TRY məzənnəsi 18.60 ətrafında ticarət olunur.