Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
İclasda uçot dərəcəsi 4,75 faiz bəndi artırılaraq 10,25 %-dən 15 %-ə çatdırılıb.
Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0,75 % azaldılaraq 12 %-dən 11,25 %-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25 %-dən 10,75 %-ə, martın 17-də keçirilmiş iclasında 10,75 %-dən 9,75 %-ə, aprelin 22-də keçirilmiş iclasında 9,75 %-dən 8,75 %-ə, mayın 21-də keçirilmiş iclasında isə 8,75 %-dən 8,25 %-ə endirilib, sentyabrın 24-də keçirilmiş iclasında 8,25 %-dən 10,25 %-ə qaldırılıb.