Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 17.5%-dən 25%-ə qaldırıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Qeyd edək ki, tənzimləyici üçüncü dəfədir ki, uçot faiz dərəcəsini yüksəldir.
Türkiyə Mərkəzi Bankının qərarı əksər bazar iştirakçıları üçün gözlənilməz olub. Ekspertlər faiz artımının 20%-ə qədər olacağını proqnozlaşdırırdılar.