29 C
Baku
Monday, July 28, 2025

Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 43%-dək azaldıb

Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 3 baza bəndi azaldaraq 46%-dən 43%-ə salıb, bu barədə tənzimləyicinin saytında deyilir.

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini endirmək qərarı bazar tərəfindən gözlənilən idi. Bununla belə, “Bloomberg” tərəfindən sorğu edilən 20 iqtisadçı uçot faiz dərəcəsinin cəmi 250 baza bəndi azaldılaraq 43.5%-ə endirilməsini proqnoz edib. Eyni zamanda, “Goldman Sachs Group” daha böyük bir azalma proqnozlaşdırdı – 350 baza bəndi.

“Reuters”in iqtisadçılar arasında keçirdiyi sorğuya əsasən, Türkiyənin iqtisadi artımı bu il yavaşlayacaq və sərt monetar siyasətə baxmayaraq inflyasiya hökumətin proqnozlarını üstələyəcək.

Əvvəlki aprel iclasında Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 46% səviyyəsində saxlamışdı. Bundan əvvəl, aprel ayında tənzimləyici gözlənilmədən uçot dərəcəsini 42.5%-dən 46%-ə qaldırmışdı. Bu qərar türk lirəsinin tarixi minimuma enməsi və İstanbul meri Əkrəm İmamoğlunun polis tərəfindən saxlanılması fonunda verilib.

Son xəbərlər
Digər xəbərlər