9 C
Baku
Monday, November 18, 2024

Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini son 19 ilin maksimumuna qaldırır

Türkiyə Mərkəzi Bankı cümə axşamı növbəti dəfə faiz artımı həyata keçirilib ki, bu da rəsmilərin tüğyan edən inflyasiyaya qarşı durmaq və bazarların etimadını geri qaytarmaq üçün təcili olduğunu əks etdirir.

Banker.az xəbər verir ki, TCMB sədri Hafize Gaye Erkanın rəhbərlik etdiyi Pul Siyasəti Komitəsi əksər iqtisadçıların proqnozlarına uyğun olaraq uçot faiz dərəcəsini 25%-dən 30%-ə qaldırıb. BU 2003-cü ilin sonundan bu tərəfə maksimum göstəricidir.

Açıqlamadan sonra lirə qazancını geri çevirib. USD/TRY cütlüyü hazırda 27.08 səviyyəsində olub.

Qeyd edək ki, H.G.Erkan son dörd iclasda uçot faiz dərəcəsini 2150 baza və ya 21.5 faiz bəndi arıtırmış olub. Erkan 2023-cü ilin iyunundan bu postadır.

Türkiyədə istehlak qiymətləri indeksi 2023-cü ilin iyulunda 47.83% olduğu halda, avqusta 58.94%-ə qədər yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər