3 C
Baku
Saturday, December 14, 2024

Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 45%-ə qaldırdı

Türkiyə Mərkəzi Bankı (TCMB) uçot faiz dərəcəsini ( bir həftəlik repo faizləri) gözlənildiyi kimi 42.50%-dən  45%-ə qaldırıb.

Banker.az xəbər verir ki, bu barədə TCMB-nin press-relizində bildirilir.

Öncəki iclasda gözlənldiyi kimi 40.00%-dən 42.50%-ə qaldırmışdı.

“Dekabr ayında başlıq inflyasiyası son İnflyasiya Hesabatında təqdim edilən proqnoza uyğun olaraq artmışdır”- deyə, açıqlamada deyilir.

Dekabrda Türkiyədə illik inflyasiya 64.8% olub.

Mərkəzi Bankın yeni rəhbərliyindən (Hafize Gaye Erkan sədr kimi) sonra uçot faiz dərəcəsi 2023-cü ilin iyunundan bu tərəfə 8.50%-dən 45.00%-ə qədər artırılmış olub. Bununla belə lirənin itkiləri rəqibləri sürətlə davam edib.  ABŞ dollarının lirəyə qarşı məzənnəsi 20.0 səviyyəsindən 30.3 lirəyə qədər yüksəlib. Bu da 50%-lik artım deməkdir.

TCMB bildirir ki, monetar sərtləşdirməsinin gecikmiş təsirlərini nəzərə alaraq, Komitə öz siyasət qərarlarını inflyasiyanın əsas tendensiyasının azalmasını təmin etmək və 5 faizlik inflyasiya hədəfinə çatmaq üçün zəruri monetar və maliyyə şərtləri yaradacaq şəkildə müəyyən etməyə davam edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər