12 C
Baku
Monday, November 18, 2024

Türkiyə Mərkəzi Bankından gözlənilməz addım: faizləri endirdi

Türkiyə Mərkəzi Bankı ölkədə inflyasiyanın 80%-i keçməsinə baxmayaraq, bu gün uçot faiz dərəcəsini azaltmaq qərarı ilə bazarları bir daha təəccübləndirdi.

Banker.az xəbər verir ki, bu barədə TCMB-nin press-relizində bildirilir.

Türkiyənin monetar siyasətçiləri bir həftəlik repo faizlərini 100 baza bəndi azaldılması qərarını seçərək 13%-dən 12%-ə çatdırdılar. Avqust ayında Türkiyədə inflyasiya 80.2% artaraq son 24 ilin ən yüksək səviyyəsinə çatıb.

Mərkəzi Bankdan verilən açıqlamada, “yenilənmiş siyasət səviyyəsinin cari perspektivdə adekvat olduğunu qiymətləndirdiyi” bildirilir.

Faizlərin endirilməsi indiki durumda lirə üçün böyük təzyiq yaradır. Bu xəbərdən sonra 1 dollar ölkədə 18.39 lirə səviyyəsinə qədər tarixi maksimuma yüksəlib. Lirə ilin əvvəlindən bu günə qədər isə 40%-ə yaxın ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər