Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 97 milyon ABŞ dolları və yaxud 0,1 % artaraq 95,616 milyard ABŞ dolları təşkil edib.
Bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 41,896 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına qalxıb. Bu isə həftəlik müqayisədə 743 milyon ABŞ dolları, yaxud 1,8 % çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 646 milyon ABŞ dolları, yaxud 1,2 % azalaraq 53,720 milyard ABŞ dolları təşkil edib.