9 C
Baku
Thursday, December 12, 2024

Türkiyə martın 1-dən sanksiyaya məruz qalan malların Rusiyaya tranzitinə qadağa qoyub

Qərbin sanksiyalar tətbiq etdiyi malların Türkiyə üzərindən Rusiyaya təkrar ixracının dayandırıldığı iddialarından sonra Rusiyanın Ankaradakı səfirliyi hərəkətə keçib.

Rusiyanın Ankaradakı səfirliyi və Ticarət Nümayəndəliyi məsələ ilə bağlı Türkiyə rəsmiləri ilə əlaqə saxladıqlarını açıqlayıblar.

Bildirilib ki, sanksiya tətbiq edilən məhsulların Türkiyə ərazisindən tranzitində yaranan problemlərin həlli ilə bağlı danışıqlar aparılır. “Hazırda problemin səbəbinin müəyyənləşdirilməsi üçün Türkiyə rəsmiləri ilə əlaqə saxlayırıq. Ümid edirik ki, problem ən qısa zamanda həll olunacaq”, – deyə səfirliyin bəyanatında bildirilib.

Digər tərəfdən “Business FM”in xəbərinə görə, Türkiyə gömrükçüləri söz verib ki, Rusiyaya tranzit keçən mallarla bağlı yaranan problemlər 3 gün ərzində həll ediləcək. Qeyd edilib ki, problem Avropa İttifaqının qəbul etdiyi 10-cu sanksiyalar paketi ilə bağlı bəzi texniki problemlərdən qaynaqlanır.

Son xəbərlər
Digər xəbərlər