Türkiyənin antiinhisar qurumu “Meta” şirkətini cərimələyib.
Buna səbəb kimi şirkətin ölkənin antiinhisar qanunlarını pozması göstərilib.
Türkiyənin Rəqabət Şurası bildirib ki, Meta öz şirkətləri Facebook, WhatsApp və Instagram arasında platformalararası məlumat mübadiləsinə icazə verərək, hakim bazar mövqeyindən sui-istifadə edərək ölkənin antiinhisar qanunlarını pozub.
Bu səbəbdən “Meta” təxminən gündəlik 148 min dollar cərimələnib.