10 C
Baku
Friday, December 13, 2024

Türkiyə Müdafiə Nazirliyi: Ehtiyac olarsa, Azərbaycana hər şəkildə dəstək verəcəyik

“30 illik işğala son qoyan azərbaycanlı qardaşlarımızın qələbəsini təbrik edirik, sevincini paylaşırıq”.

Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayılan bülletenində belə qeyd olunub. 

Bildirilib ki, Dağlıq Qarabağda noyabrın 10-da gecə yarısından başlayan əldə edilən atəşkəs razılaşması ilə Ermənistan işğalına son qoyulub, Azərbaycan öz torpaqlarının ərazi bütövlüyünə nail olub: “11 noyabrda Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılan ortaq mərkəzlə bağlı Türkiyə və Rusiya müdafiə nazirləri memorandum imzalayıblar. Bu memorandumun şərtləri çərçivəsində Rusiya və Türkiyə hərbi heyətinin dünəndən başlayan görüşləri bu gün də davam etməkdədir”.

Daha sonra qeyd olunub ki, Azərbaycanın işğal altında olan bütün torpaqlarının geri qaytarılması, regionda sülhə, sabitliyə, rifaha nail olunması üçün Türkiyə Müdafiə Nazirliyi prosesləri nəzarətdə saxlayır: “Ehtiyac olacağı halda, Azərbaycana hər şəkildə dəstək verəcəyimizi bir daha bəyan edirik. Azərbaycanın savaşı bizim savaşımız, sevinci sevincimiz, kədəri kədərimizdir”.

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər