Türkiyə Böyük Millət Məclisində (TBMM) 28-ci dövr qanunvericilik fəaliyyəti iyunun 2-də keçiriləcək parlamentin andiçmə mərasimi ilə başlayacaq.
Bu münasibətlə ilk olaraq Ankaradakı Atatürk abidəsi önündə xüsusi mərasim keçiriləcək.
Daha sonra saat məclisin ən yaşlı üzvü MHP sədri Dövlət Baxçalının sədrliyi ilə TBMM-in Baş Məclisi toplanacaq. 600 millət vəkili tribunaya çağırılaraq deputat andı içəcək.
Baş Məclisdə qonaqlardan başqa heç bir ziyarətçi qəbul edilməyəcək. Məclisin sabiq sədri Mustafa Şentop vəzifəsini müvəqqəti olaraq Dövlət Baxçalıya təhvil verəcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimini izləyəcəyi gözlənilir.