9 C
Baku
Friday, December 13, 2024

Türkiyə Mərkəz Bankı valyuta ehtiyatlarını artırdı

Türkiyə Mərkəz Bankı cəmi valyuta ehtiyatlarını  keçən həftə 98 milyard 831 milyon dollara qədər artırdı.

Banker.az bildirir ki, Türkiyə   Mərkəz Bankı  cəmi yatırımlarını ötən  həftə 1milyard 205 milyon dollar artıraraq 98 milyard 831 milyon dollara qədər qaldırdı.  Türkiyə  Mərkəz Bankı həftəlik pul və bank statistikasına görə, 8 fevralda Mərkəz Bankı ümumi valyuta ehtiyatlarını 1 milyard 324 milyon dollar artımla 78 milyard 383 milyon dollar olaraq qərarlaşdırdı. Ümumi valyuta ehtiyatları 1 fevralda bitən həftə 77 milyard 59 milyon dollar oldu.

Bu dövrdə qızıl ehtiyatları 119 milyon dollar azalaraq  20 milyard 567 milyon dollardan 20 milyard  448 milyon dollara endi.

Mərkəz Bankının ümumi yatırımları ötən həftə bir əvvəlki həftəylə müqayisədə   1 milyard  205 milyon dollar artımla  97 milyard  626 milyon dollardan  98 milyard  831 milyon dollara yüksəldi.

 
Son xəbərlər
Digər xəbərlər