20 C
Baku
Friday, May 3, 2024

Türkiyə, Rusiya, İran və Suriya nümayəndə heyətləri arasında danışıqlar başlayıb – Yenilənib

12:07

Moskvada Rusiya, Türkiyə və İran nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Danışıqlar Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçirilir.

Bundan əvvəl Moskvada Rusiya Federasiyası, İran, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşünə hazırlıq məqsədilə bir sıra məsləhətləşmələrin keçirildiyi bildirilirdi.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 3-4-də Moskvada Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin müavinləri arasında danışıqların planlaşdırıldığını açıqlayıb.

***

09:01

Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin müavinləri Moskvada bir araya gəliblər.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Tərəflər Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

Görüşdə Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar, Suriya xarici işlər nazirinin müavini Ayman Susan, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov iştirak ediblər.

Görüşdə Türkiyə və Suriya XİN başçıları arasında keçiriləcək ikitərəfli görüşün vaxtı və yerinin müəyyən edilməsi məsələsinin müzakirə edildiyi bildirilib.

Danışıqların bu gün davam edəcəyi gözlənilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər