7 C
Baku
Sunday, December 15, 2024

Türkiyə Rusiya qazına görə ödənişlərlə bağlı müsbət xəbərlər gözləyir

Türkiyə Rusiya qazı üçün ödənişlərin bir hissəsinin təxirə salınması və ona endirimlərin mümkünlüyü ilə bağlı “yaxşı xəbərlər” gözləyir.

Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati “Financial Times” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, Ankara “Rusiyadan aldığı böyük həcmdə qaza” endirim etməkdə fəal israr edir.

“Türkiyə həmçinin Rusiyanın “Qazprom” şirkətindən ödənişin təxirə salınması imkanını istəyir”, – nəşr yazır.

Rusiya Türkiyəyə əsas qaz tədarükçüsüdür. Bloomberg daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Ankara yüksək enerji qiymətlərinin iqtisadi zərərini azaltmaq məqsədilə Moskvadan Ankaranın təbii qaz ödənişlərinin bir hissəsini 2024-cü ilə qədər təxirə salmağı xahiş edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər