10 C
Baku
Friday, December 13, 2024

Türkiyə Rusiya qazına görə rublla ödəniş edəcək

Rusiyanın “Qazprom” şirkəti Türkiyənin təbii qaz ödənişlərinin 25%-ini rubla keçirməyi planlaşdırır.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, əvvəlcə ödənişlərin yalnız 25%-i rublla, qalanı isə avro və dollarla həyata keçiriləcək. Rublla ödəniləcək hissə zamanla artırılacaq.

Qeyd edək ki, avqustun 5-də Soçidə Rusiya prezidenti Putinlə görüşən prezident Ərdoğan Soçidən qayıdanda verdiyi açıqlamada Putinlə rublla ödəməyə razılaşdıqlarını bildirmişdi.

“Qazprom” həmçinin Çinin “CNPC” şirkəti ilə təbii qaz tədarükü üçün ödənişlərin yuan və rubla keçməsi barədə razılığa gəldiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər