19 C
Baku
Thursday, May 22, 2025

Türkiyə sərt pul siyasətindəki möveyini saxlayacağına işarə edir

Türkiyə Mərkəzi Bankı ilin sonu üzrə inflyasiya proqnozunu 24% səviyyəsində saxlayıb.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Aprel ayında illik inflyasiya 37.9% təşkil edib. 2026-cı ilin sonuna dair proqnoz da dəyişməyərək 12% səviyyəsində qalıb. Türkiyə Mərkəzi Bankı 5%-lik hədəfə can atsa da, bazar iştirakçıları 2025-ci ilin sonuna inflyasiyanın 30.4% olacağını gözləyir.

Mart ayında baş verən siyasi hadisələrdən sonra Türkiyə Mərkəzi Bank uçot dərəcəsini 42.5%-dən 46%-ə yüksəldib, overnayt kreditləşmə isə 49%-ə çatıb.

İnformasiya agentliyi yazır ki, lirənin sabitləşdirilməsi üçün 50 milyard dollardan çox vəsait xərclənib, hazırda ehtiyatların bərpası davam edir.

Sərt pul siyasəti iqtisadi artımı zəiflədib. Türkiyədə dövlətə məxsus və ya birjada listinq olunan şirkətlərin demək olar ki, yarısı I rübdə zərər açıqlayıb.

Səlahiyyətli şəxslər bildirirlər ki, inflyasiya ilə mübarizəyə inam yaranana qədər faiz dərəcələri yüksək qalacaq.

Son xəbərlər
Digər xəbərlər