“Yaponiyanın sabiq Baş naziri Sindzo Abeyə qarşı bugünkü dəhşətli silahlı hücumu qətiyyətlə pisləyirik”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
“Türkiyə-Yaponiya münasibətlərinə mühüm töhfələr verən Sindzo Abeyə tezliklə sağalmasını diləyir, ailəsinə, dost Yaponiya xalqına və hökumətinə ən xoş arzularımızı çatdırırıq”, – bəyanatda vurğulanıb.