19 C
Baku
Sunday, May 19, 2024

Türkiyə şirkətləri ilə investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə olunur

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı İqtisadiyyat Nazirliyində olub.

Banker.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter hesabında yazıb.

Nazir qeyd edib ki, görüşdə ölkələrimiz arasındakı birliyə və möhkəm dostluğa əsaslanan münasibətlərin nümunəvi xarakter daşıdığı məmnunluqla vurğulanıb. “Cənab səfirlə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərəfdaşlığımıza töhfələrini qeyd etdik, Türkiyə şirkətləri ilə investisiya əməkdaşlığının genişləndirilməsi, infrastruktur sahələrinə sərmayə qoyuluşu barədə müzakirələr apardıq” deyə, nazir əlavə edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər