6 C
Baku
Sunday, December 15, 2024

Türkiyə STAR NEZ-də təmirlə əlaqədar Rusiya neftinin alışını iki dəfə azaldıb

Rusiya neftinin üçüncü ən böyük alıcısı olan Türkiyə İzmir şəhərinin yaxınlığında yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) STAR Neft Emalı Zavodunda (NEZ) aparılan təmir işləri ilə əlaqədar bu ölkədən xam neft idxalını iki dəfə azaldıb.

Bu barədə RBC “Kpler” analitik şirkətinin məlumatlarına istinadən bildirir.

Məlumata görə, avqustda göstərici gündəlik 200 min barelə, yazın əvvəlində isə 400-450 min barelə qədər azalıb.

Xatırladaq ki, Türkiyə bazarına tədarük edilən bütün Rusiya neftinin təxminən 45%-ni qəbul edən zavodda təmir işlərinə sentyabrın 5-dən başlanılıb. Bu, təxminən iki ay davam edəcək planlı tədbirdir. Bu səbəbdən istehsalın dayandırılması ərəfəsində alışlar azalmağa başlayıb.

Qeyd edək ki, STAR NEZ-in operatoru SOCAR-dır. İstehsal gücü gündəlik təxminən 200 min barel (və ya illik 12 milyon ton) neft olan Neft Emalı Zavodu ölkənin neft məhsullarına tələbatının 20%-ə qədərini təmin edir. Zavod Azərbaycanın “Azeri Light”, İraqın “Kərkük” və Rusiyanın “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər