Türkiyə Türkmənistan ilə viza rejimi tətbiq edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Türkiyə Nazirlər Şurasının 2007-ci il 19 iyul tarixli qərarı ləğv edilib. Bu qərara uyğun olaraq isə, ümumvətəndaş pasportuna sahib olan Türkmənistan vətəndaşları turistik məqsədlərlə Türkiyədə vizasız 30 gün keçirə bilərdilər.
Qeyd edək ki, Türkmənistan XİN bir müddət əvvəl Türkiyəyə müraciət edərək ölkə vətəndaşları üçün müvəqqəti olaraq viza rejiminin tətbiq edilməsini istəyib.