2 C
Baku
Saturday, December 14, 2024

Türkiyə ümumi daxili məhsulun 1%-ni itirə bilər

Zəlzələ nəticəsində Türkiyə 2023-cü ildə ümumi daxili məhsulun (ÜDM) 1%-ni itirə bilər.

Bu barədə “Reuters” agentliyi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) istinadən məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ kənd təsərrüfatı sahələrinə və yüngül istehsalın olduğu ərazilərə böyük dərəcədə təsir edib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 36 mindən çox insan həyatını itirib.

Son xəbərlər
Digər xəbərlər