9 C
Baku
Thursday, December 12, 2024

Türkiyə və Azərbaycanın Konstitusiya məhkəmələri 2025-ci ildə əməkdaşlıq haqqında yeni saziş bağlamağı planlaşdırır

Türkiyə və Azərbaycanın Konstitusiya məhkəmələri 2025-ci ildə əməkdaşlıq haqqında yeni saziş imzalamağı planlaşdırır. Müvafiq razılaşma Türkiyə Konstitusiya Məhkəməsinin (KM) nümayəndə heyətinin Bakıya səfəri zamanı əldə edilib.

Bu barədə Türkiyə Konstitusiya Məhkəməsinin məlumatında deyilir.

Məlumatda qeyd edilib ki, Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı müzakirələrin gündəliyində Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) 1-ci Konqresinin keçirilməsinin tarixi və yerinin müəyyən edilməsi və digər məsələlər yer alıb.

“İki ölkənin məhkəmə instansiyalarının konstitusiya hüququ sahəsində əlaqələrinin və birgə fəaliyyətinin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb”, – deyə məlumatda daha sonra deyilir.

Türkiyə Konstitusiya Məhkəməsində qeyd edilib ki, Azərbaycanla əməkdaşlıq haqqında imzalanacaq saziş fərdi müraciətlər prosesinə dair təcrübə və məlumat mübadiləsinə töhfə verəcək, bu da öz növbəsində vətəndaşların əsas hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinə əhəmiyyətli təsir göstərəcək.

Son xəbərlər
Digər xəbərlər