19 C
Baku
Thursday, May 2, 2024

Türkiyə və BMT “taxıl sazişi”nə dair təkliflər hazırlayır

Türkiyə və BMT “taxıl sazişi”nə dair təkliflər hazırlayır.

Bu barədə “RİA Novosti“ məlumat yayıb.

Agentliyin məlumatına əsasən, danışıqlar prosesində iştirak edən mənbə bildirib ki, Türkiyə və BMT Rusiya tərəfi üçün “taxıl sazişi”ni bərpa etmək üçün təkliflər hazırlayır, bəzi problemli məsələlər qalır və onlar əsasən bank prosesləri ilə bağlıdır.

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiya qarşısında üzərinə öhdəliklər götürən tərəflərin həmin öhdəlikləri reallaşdıracağı təqdirdə ölkəsinin “taxıl sazişi”nə qayıtmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, Rusiya “taxıl sazişi”ndə iştirakını 18 iyulda dayandırıb, Türkiyə, Ukrayna və BMT-ni bu barədə məlumatlandırıb. Rusiya lideri bunu onunla izah edib ki, BMT-nin səylərinə baxmayaraq, razılaşmada Rusiyanın xeyrinə aid olan hissəsinin şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər